Azərbaycan Rusiyadan daha 60 metro vaqonu alacaq - Müqavilə imzalandı

  • 16:17 - 21 Oktyabr

Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.

Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur. (APA)


Oxunma sayı: 4170

Oxşar yazılar