Bakıda 10 günlük körpə xəstəxanada öldü – Video

  • 15:57 - 21 Oktyabr

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda 10 günlük körpə sudurğadan dünyasını dəyişib.   

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, valideynləri uşağı Sahil qəsəbəsində yerləşən 23 saylı birləşmiş şəhər xəstəxanasına çatdırıblar. Uşağın dilini heç kim tuta bilmədiyi üçün polikinikaya təcili yardım briqadası çağrılıb. Bütün müdaxiləyə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

23 saylı birləşmiş şəhər xəstəxanasından unikal.org-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, uşağın ailəsi İmişli rayonundan qayıdanda bu hadisə baş verib. 


PXSbMewtWx8

Oxunma sayı: 2916

Oxşar yazılar