Suriyadan çıxan ABŞ əsgərlərini daşa basdılar - Video

  • 14:29 - 21 Oktyabr

ABŞ hərbçilərini aparan 100 ədəd zirehli texnika Suriya sərhədindəki Semelka sərhəd-keçid məntəqəsindən keçərək İraqa daxil olub.

Avropa.info xəbər verir ki, təyyarələrin mühafizəsində Duhokdan keçən amerikan hissələrinin İraqın Anbar vilayətindəki Aynul Əsəd bazasında yerləşdirilməsi gözlənilir. 

“Sputnik” agentliyinin müxbiri Hikmət Durğunun verdiyi məlumata görə, Suriyadan çıxan ABŞ hərbçiləri Qamışlı şəhərindən İraqa keçərkən bir qrup şəxsin etirazı ilə üzləşib.

ABŞ hərbi konvoyunun qarşısını kəsən qrup ABŞ-ın onlara xəyanət etdiklərini deyərək, ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Amerikan hərbi maşınlarına daş və çürük pomidor atan qəzəbli qrup ABŞ-ın öz mənfəəti üçün regionu tərk etdiyini deyiblər. Etiraz və daşa basılma üzündən hərəkət etməkdə çətinlik çəkən ABŞ hərbçiləri yolu dəyişdirərək, başqa yoldan İraq tərəfə hərəkət ediblər.


AiXWdaqvP10

Oxunma sayı: 4577

Oxşar yazılar