“35 saat ərzində geri çəkilməzlərsə, əməliyyat yenidən başlayacaq” – Çavuşoğludan Suriya açıqlaması

  • 12:42 - 21 Oktyabr

Türkiyə xarici işlər naziri “Qloballaşmanın böhranı: risklər və fürstlər” adı ilə keçirilən TRT World Forumda Suriyanın şimalında keçirilən “Barış Pınarı” əməliyyatı ilə bağlı suallara münasibət bildirib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu əməliyyat başladığı gündən Türkiyənin ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirildiyini və “qara piar” aparıldığını deyib:

“Bu, türk-kürd ifadəsi çox səhv ifadədir. Kürdlər bizim düşmənimiz deyil. Kürdlərə qarşı düşmənçiliyimiz yoxdur. Şimali İraqla çox yaxşı münasibətimiz var və 350 min suriyalı kürdə Türkiyədə sığınacaq vermişik”.

“Tariximizdə əsla kimyəvi silahdan istifadə etmədik. Bu da bir “qara piar”dır. Əməliyyat başladığı gündən YPG/PYD Türkiyəyə hücum edir. Onlar orada faktiki terror dövləti yaratmağa çalışırlar, sərhədlərimizin o tərəfindən də biz bu oyunu pozduq” – Çavuşoğlu deyib.

Çavuşoğlu YPG/PKK-nın verilən vaxt ərzində geri çəkilməməsi halında əməliyyatların yenidən başlayacağını bildirib:

“120 saatlıq vaxt verildi. Bu müqaviləyə görə 120 saat ərzində oradakı bütün ünsürlərin geri çəkilməsi lazımdır. Sanksiyalarla yaşaya bilmərik. Danışıqlar əsnasında bunu da qeyd etdik. Bunlar da aradan qaldırılacaq. Atəşkəsin pozulması davam edir və biz bu açılan atəşə cavab verdik. YPG/PYD ünsürlərinin hazırda nəzarətimiz altında olan əraziləri tərk etməyə başladığını görürük. 35 saatımız qaldı, 35 saat ərzində geri çəkilməzlərsə, əməliyyat yenidən başlayacaq. Sabah Soçiyə gedib prezident Putin ilə görüşəcəyik və bu da çox vacib iclas olacaq”.


Oxunma sayı: 4819

Oxşar yazılar