“VAZ-2107” maşını velosipedçini vurdu

  • 12:21 - 21 Oktyabr

Oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, hadisə zamanı velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb.

Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 2531

Oxşar yazılar