Suriyanın şimalında vəziyyət arzuolunmaz hal alıb – Sergey Şoyqu

  • 11:44 - 21 Oktyabr

Türkiyənin Suriyada hərbi əməliyyata başlamasından sonra orada vəziyyət arzuolunmaz hal alıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya müdafiə naziri Sergey Şoyqu Pekin Syanşan forumunda çıxış edib. 

“Çox ümid edirik ki, indi atılan addımlar, türk və amerikalı həmkarlarımızla qarşılıqlı əlaqəmiz regiondakı stabillik və təhlükəsizliyi azaltmağa yox, artırmağa imkan yaradacaq. Son günlər baş verən hadisələr isə təəssüf ki, bizdə heç də optimist fikirlərə yönəltmir. Onlarla ölkədən gələn terrorçuların saxlandığı düşərgələr və yerlər daha mühafizə olunmur və terrorçular yayılmağa başlayıb. Onlar daha hara gedəcək, heç kəs bunu bilmir. Bizim fikrimizə görə, bugünkü taktiki əməkdaşlıq mərhələsində bu dərhal həll tələb edən problemdir. Və nəinki Rusiya-Türkiyə-ABŞ səviyyəsində” – Şoyqu deyib.


Oxunma sayı: 3862

Oxşar yazılar