Tramp Suriyanın şərqində 200 hərbçi yerləşdirə bilər

  • 11:26 - 21 Oktyabr

Tramp Pentaqonun Suriyanın şərqində 200-ə yaxın hərbçi saxlamağı nəzərdə tutan planını təsdiq edəcək.

Avropa.info xəbər verir ki, bu məlumatla yüksəkvəzifəli rəsmiyə istinad edən “New York Times” qəzeti çıxış edib. Məlumatda plana əsas kimi, İŞİD-lə mübarizə və Suriyanın şərqində yerləşən neft yataqlarının Əsəd rejimi ilə Rusiyanın əlinə keçməməsi göstərilir.

Qısa müddət əvvəl Suriyanın şimalındakı min nəfərə yaxın ABŞ hərbçisinin hamısının çıxarılacağını açıqlayan Tramp planı təsdiq edərsə, “Suriyadan əsgər çıxarmaq” məsələsində ikinci dəfə geri addım atmış olacaq.

Keçən ilin dekabr ayında Suriyadakı 2 min nəfər yaxın ABŞ hərbçisini dərhal çıxarmaq istədiyini bildirən Tramp az sonra qərarını yumşaltmış və hərbçilərin sayını mərhələli şəkildə azaltmaq təlimatı vermişdi.

ABŞ-ın Suriyanın Əl Tanf bölgəsində hələ də 125-ə yaxın hərbçisi var. Pentaqon bu hərbçilərin çıxarılmayacağını açıqlamışdı.


Oxunma sayı: 4456

Oxşar yazılar