Bakıda avtobus qadını vuraraq öldürdü

  • 10:26 - 21 Oktyabr

Avtobus sürücüsü saxlanılmayıb.

Bu barədə lent.az -a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan daxil olan xəbərdə hadisəni törədən 67 nömrəli marşrut avtobusu sürücüsünün hələ də saxlanılmadığı bildirilib.

***

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.

Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.

Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.

(Trend)


Oxunma sayı: 10583

Oxşar yazılar