Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

  • 21:05 - 20 Oktyabr

Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib.

 Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb.

Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var.

Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.

 

 

apa


Oxunma sayı: 4467

Oxşar yazılar