Meşədə üzərinə budaq düşən Oğuz sakini ölüb

  • 20 Okt - 2019

Oğuz rayon sakini  dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xal-Xal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 452

Oxşar yazılar