Türkiyə Beynəlxalq Əfv Təşkilatının “Barış pınarı” ilə bağlı hesabatına kəskin etirazını bildirib

  • 20 Okt - 2019

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Əfv Təşkilatının “Barış pınarı” antiterror əməliyyatı ilə bağlı hesabatına kəskin etirazını ifadə edib.

Avropa.info xəbər verir ki,  Türkiyə hökuməti sözügedən hesabatın qərəzli olduğunu bəyan edib. Qeyd olunur ki, bu hesabat Türkiyənin öz milli təhlükəsizliyinə təhdid olan terror təşkilatlarına qarşı apardığı mübarizəyə yönəldilən qarayaxma kompaniyasının bir parçasıdır. Diqqətə çatdırılır ki, həm Türkiyənin milli təhlükəsizliyini, həm də Suriyanın ərazi bütövlüyünü təhdid edən PYD/YPG terror təşkilatlarına qarşı aparılan “Barış pınarı” əməliyyatı bu terror təşkilatlarını zərərsizləşdirməyə yönəlib. PYD/YPG isə Avropa İttifaqı və NATO-nun terror təşkilatı kimi qəbul etdikləri PKK-nın bir qoludur.

Türkiyə Xarici İşlər Nazirliyi tövsiyə edir ki, Beynəlxalq Əfv Təşkilatı və digər mövqesiz beynəlxalq təşkilatlar mövzu ilə bağlı ədalətli araşdırma aparsınlar.

 


Oxunma sayı: 562

Oxşar yazılar