İspaniya hökuməti Kataloniya baş nazirinin müzakirə barədə təklifini rədd edib

  • 20 Okt - 2019

İspaniya hökuməti Kataloniya muxtar regionunun Nazirlər Kabinetinin rəhbəri Kim Torranın danışıqlar aparılması barədə təklifini qəbul etməyib.

İspaniya Baş Naziri vəzifəsini icra edən Pedro Sançes bildirib ki, K. Torra öncə  Kataloniyadadkı iğtişaşları pisləməlidir.

K. Torra isə bir müddət əvvəl bəyan edib ki, aksiyalar regionda dinc hərəkatın xarakterinə təsir göstərmir.

Bu arada Barselona meri Ada Kolau şəhər sakinlərini sakitliyə çağırıb, aksiya və toqquşmaların belə davam edə bilməyəcəyini, Barselonanın bu duruma layiq olmadığını bəyan edib.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi oktyabrın 14-də regionda müstəqilliklə əlaqədar qanunsuz referendum təşkil etməkdə ittiham olunan 9 katalon siyasətçinin 13 ilə qədər azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Bu, Kataloniyanın inzibati mərkəzi Barselona və digər şəhərlərdə etiraz aksiyalarına, polislə toqquşmalara yol açıb. Toqquşmalar zamanı 10 nəfər xəsarət alıb, indiyə qədər ən azı 11 nəfər saxlanılıb.

 

apa


Oxunma sayı: 474

Oxşar yazılar