“Əli Kərimli bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb” - DİN Hospitalının rəisi İsbi Babaxanov

  • 14:20 - 20 Oktyabr

Daxili İşlər Nazirliyindən ötən gün qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin iddiaların cavab verilib.

DİN-dən Avropa.info-ya verilən məlumata görə, DİN Hospitalının rəisi İsbi Babaxanov  bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb:

- 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib. Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal  kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub.

- Əli Kərimli sosial şəbəkələrdə bildirir ki, hospitalda onu xərəkdən istifadə etmədən müayinələrdən keçiriblər. Bu barədə nə deyə bilərsiniz?

- O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək, keçib.

 


Oxunma sayı: 6260

Oxşar yazılar