Ya rədd olub gedəcəklər, ya da... - Yıldırım

  • 12:39 - 20 Oktyabr

Bilirsiniz, 120 saat müddət verdik. Ya rədd olub gedəcəklər, ya da layiq olduqları cəzanı alacaqlar.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin keçmiş spikeri Binəli Yıldırım çıxış edib.

"Türkiyənin təhlükəsizliyini, əmin-amanlığını, qardaşlığını pozmağa çalışan separatçı alçaq terror təşkilatı 35 il ərzində İraqda başımızın bəlası olub, orada - Qəndildə uğur əldə edə bilmədikdə, bu səfər dost bildiyimiz müttəfiqlərimizi də yanına alaraq, Suriyada bir şər yuvası yaratmaq üçün hərəkətə keçdilər", - B.Yıldırım vurğulayıb.

Qeyd edək ki, 17 oktyabrda ABŞ-la Türkiyə arasında "Sülh çeşməsi" əməliyyatının 120 saatlıq dayandırılması barədə razılıq əldə edilib. ABŞ bu müddətdə təhlükəsizlik bölgəsindən YPG qüvvələrinin geri çəkilməsini öz üzərinə götürüb.


Oxunma sayı: 3169

Oxşar yazılar