ABŞ-dan etiraf: Türkiyə illərlə söylədi, ancaq dinləmədik

  • 10:35 - 20 Oktyabr

Türklər bizə illərdir PKK-nın Suriyanın şimalında muxtar bir kürd bölgəsi yaratmağı qarşısına məqsəd qoyduğunu və PKK ilə apardığımız iş birliyindən narahat olduqlarını bildirirdilər. PKK ilə işbirliyi etməklə, Türkiyə ilə münasibətlərimizi qırılma nöqtəsinə gətirdik.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı ekspert Maykl Doran çıxış edib.

Doran qeyd edib ki, PKK ilə əməkdaşlıq həm humanitar, həm də strateji baxımdan məntiqsiz idi:

"Şimali Suriyadakı dəhşətli uğursuzluğun arxasında bizim rolumuz olduğunu qəbul edək. O bölgədə PKK ilə ittifaq qurmuşuq. Oradakı YPG qüvvələri PKK terror təşkilatının nümayəndələridir".

ABŞ rəhbərliyinin Ankaranın şikayətlərinə kifayət qədər qulaq asmadığını deyən Doran bunları söyləyib:

"Biz daim türklərə dillərini dinc qoymalarını və yerlərinə oturmalarını söylədik".


Oxunma sayı: 4940

Oxşar yazılar