Avropada plastik tullantılardan yol çəkildi

  • 22:30 - 19 Oktyabr

Estoniyanın paytaxtında Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib.

Tallin küçələrinin birində piyada keçidi plastik tullantılardan hazırlanmış yol örtüyü ilə üzlənib. Şəhər rəhbərliyi bunu hazırda dünyanı narahat edən plastik tullantıların düzgün istifadəsi istiqamətində atılmış əhəmiyyətli addım hesab etdiyini bildirib. Şəhər rəhbərliyinin bu addımı bütün Avropa ölkələri tərəfindən alqışlanıb.

Sözügedən məhsul Şotlandiya şirkətlərindən biri tərəfindən hazırlanıb. Tədqiqatlar göstərib ki, bitumla qarışdırılmış bu məhsul uzunömürlüdür. Təbii ki, bu məhsul istilik dərəcəsi +30-u keçməyən ölkələr üçün daha uğurludur.

Maraqlı faktlardan biri də odur ki, bir kilometrlik yolun çəkilməsinə təxminən 684 min plastik butulka və ya 1,8 milyon birdəfəlik plastik paket sərf olunur.


Oxunma sayı: 3763

Oxşar yazılar