Saakaşvili Ukrayna Baş prokurorunun müavini təyin edilən Gündüz Məmmədovdan yazdı - "Çox təmiz adamdır"

  • 21:55 - 19 Oktyabr

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib. 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o öz fikrini Facebook səhifəsində paylaşıb. 

“Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə M.Saakaşvili bildirib. 

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.


Oxunma sayı: 6535

Oxşar yazılar