Britaniya parlamenti Brexit-ə dair səsverməni təxirə saldı

  • 21:03 - 19 Oktyabr

Britaniya parlamentinin İcmalar palatası Brexitin vaxtının dəyişdirilməsi haqqında düzəlişi qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hakim Mühafizəkarlar partiyasından olan sabiq deputat Oliver Letvin tərəfindən irəli sürülmüş təklifin lehinə 322, əleyhinə 306 deputat səs verib.

Qəbul olunan düzəlişə əsasən, Baş Nazir Boris Conson saat 23:00-dək Avropa İttifaqından Brexitin vaxtının dəyişdirilməsini xahiş etməlidir.


Oxunma sayı: 3532

Oxşar yazılar