Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış pınarı” davam edəcək”

  • 19:35 - 19 Oktyabr

“Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs elan olunub, lakin qarşı tərəf buna əməl etmir”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

“Biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, "Barış pınarı" qaldığı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”, - deyə Türkiyə Prezidenti bildirib.

 

 

Ərdoğan qeyd edib ki, 22 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək.


Oxunma sayı: 4126

Oxşar yazılar