Londonda on minlərlə insan nümayiş keçirir

  • 19:18 - 19 Oktyabr

İngiltərənin paytaxtı Londonda on minlərlə insan küçələrə çıxaraq Brexit müqaviləsinin təsdiqlənməmişdən əvvəl referendumda səsverməyə çıxarılmasını tələb edir.
Mitinq iştirakçıları parlamentdə Brexit müqaviləsi üzrə müzakirələrin keçirildiyi zaman Vestminster ərazisində etirazlarını davam etdirəcəklərini bildiriblər.
Təşkilatçılar etirazçılardan İngiltərənin Baş Naziri Boris Consona və Avropa İttifaqı liderlərinə, Böyük Britaniya və Avropa Parlamentlərinin üzvlərinə ünvanlanmış məktubu imzalamalarını xahiş ediblər. Məktubda Brexit prosesinin tamamlanması prosesinə nəzarət etmək üçün icazə tələb olunur.
Brexit tərəfdarları isə bu gün Mançesterdə yürüş keçirəcəklər.


Oxunma sayı: 3939

Oxşar yazılar