Beynəlxalq təşkilatlar Əfqanıstanda 62 nəfərin ölümünə səbəb olmuş terror aktını pisləyiblər

  • 18:11 - 19 Oktyabr

Beynəlxalq təşkilatlar Əfqanıstanda 62 nəfərin ölümünə səbəb olmuş terror aktını pisləyiblər. Xəbər verildiyi kimi, oktyabrın 18-də bu ölkənin Nanqarhar vilayətindəki Haska Meyna rayonunda cümə namazı vaxtı məsciddə törədilmiş iki partlayış nəticəsində 62 nəfər həlak olub. Daha 60 nəfərin yaralandığı bildirilir.
BMT Baş katibinin bu dəhşətli terror aktını pisləyən bəyanatında terrorçuların tezliklə tapılması və məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanır. Təşkilatın Əfqanıstana Yardım Missiyası (UNAMA) məsciddə mülki əhalinin hədəf götürülməsini “hərbi cinayət” adlandırıb və insidentlə bağlı aparılacaq təhqiqatda iştirak etməyə hazır olduğunu bildirib. NATO-nun bəyanatında isə qeyd olunur ki, alyans terrorizmə qarşı mübarizədə Əfqanıstan hökumətinə, bu ölkənin Milli Müdafiə Nazirliyinə dəstəyini davam etdirəcək. Avropa İttifaqı törədilən dəhşətli terror aktının əsas məqsədinin əfqan xalqının sülh və əmin-amanlığa olan ümidlərinə zərbə vurmaq olduğunu bəyan edib.
Qeyd olunur ki, “Taliban” hərəkatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.


Oxunma sayı: 3312

Oxşar yazılar