Donald Tramp ABŞ-ın Enerji naziri postuna namizədini açıqlayıb

  • 14:55 - 19 Oktyabr

ABŞ-ın Enerji naziri Rick Perry ilin sonunda vəzifəsindən gecəcək. ABŞ Prezidenti Donald Tramp bu posta namizədini açıqlayıb.


Bu barədə D.Tramp öz “Twitter” səhifəsində yazıb. ABŞ Prezidenti Enerji naziri postunda nazir müavini Dan Brouilletteni görmək istəyir.
D.Tramp R.Perryə xidmətlərinə görə təşəkkür edib.
ABŞ Prezidenti Texasda verdiyi açıqlamada R.Perrynin ilin sonunda vəzifədən ayrılacağını söyləyib. R.Perrynin bu qərarının onu təəccübləndirmədiyini deyən D.Tramp bildirib: “Mən bunu 6 ay əvvəl bilirdim”.


Oxunma sayı: 3103

Oxşar yazılar