"UEFA" "Qarabağ" və "Neftçi"ni cərimələdi, erməni təxribatı ilə bağlı susdu

  • 14:01 - 19 Oktyabr

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

Avropa.info  “Report”a istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın "bayrağı" gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

***

Qol.az xəbər verir ki, cərimə olunan komandalar arasında “Neftçi” də var.

Belə ki, qitə futbol qurumu paytaxt təmsilçisinə 40 min avro cərimələyib. Buna səbəb 3-cü təsnifat mərhələsinin avqustun 8-də “Bakcell Arena”da “Bney Yehuda” ilə oyunda (2:2) azarkeşlərin meydana kənar əşyalar atmasıdı.

Xatırladaq ki, avqustun 15-də “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.


Oxunma sayı: 5446

Oxşar yazılar