Suriya Milli Ordusu terrorçuların qərargaha çevirdiyi kilsəni azad etdi – FOTO

  • 13:48 - 19 Oktyabr

“Barış Pınarı” əməliyyatında azad edilən Suriyanın Tel Abyad şəhərində YPG/PKK terrorçularının erməni kilsəsini qərargah kimi istifadə etdiyi ortaya çıxıb.

Avropa.info xəbər verir ki, kilsəni azad edən Suriya Milli Ordusu erməni icmasına torpaqlarına qayıdıb kilsəni təhvil almaqla bağlı çağırış edib.

Kilsədə rahibin dua etmək üçün istifadə etdiyi yerdə PKK lideri Abdulla Öcalanın portretinin asıldığı görünür.

Anadolu Agentliyinin məlumatına görə, ermənilərin “horan” adlandıdığı hissə xristianlar tərəfindən məhrəm sayılır və sadəcə keşiş girə bilər. 

Terrorçuların qəsb edərək qərargaha çevirdiyi kilsə YPG/PKK-dan xilas olunduqdan sonra mühafizəyə götürülüb.

Kilsənin təhlükəsizliyinə cavabdeh olan SMO komandiri Əbu Abdo:

“Tel Abyad şəhər mərkəzinə daxil olduqda kilsəyə yaxınlaşmadıq. Döüyşlərdə xəsarət almasını istəmədik. Xristian və erməni qardaşlarımızı Tel Abyada qayıtmağa çağırırıq. Kilsələrə gəlib ibadətlərini edə bilərlər. Biz qardaşıq”.


Oxunma sayı: 4500

Oxşar yazılar