Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək

  • 13:09 - 19 Oktyabr

“Azərbaycan Demokrat Partiyası mitinqdə iştirak etməyəcək”.

Bu barədə Modern.az-a partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib. O, bildirib ki, partiya üzvləri fərdi şəkildə mitinqə qatılmaq istəyirsə, bu onların öz işidir:

“Partiya olaraq, mitinqdə iştirak etməyəcəyik. İcazəsiz aksiyalar yalnız o zaman keçirilməlidir ki, bunun konkret növbəti addımı müəyyən olsun. Qarşıya vacib məqsəd qoyulsun ki, ona çatmaq üçün bu cür qurban verməyə hazır olasan. İndiki halda prinsipial səbəb yoxdur, deyək ki, buna görə qurbanlar verməyə dəyər”.

Cəlaloğlu onu da qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycanda heç bir partiya ilə əməkdaşlıq etmir, heç bir partiyanın fikrini almır, köməklik göstərmir:

“Bu partiya təklikdə müxalifətdə birinciik uğrunda mübarizə aparır. Bizim mitinqdə iştirakımız da onların bu istəyinə mane ola bilər. Əgər bir divident əldə etmək istəyirlərsə, bunu təkbaşına etsinlər və elə onların özünə qalsın. Necə qərar qəbul ediblərsə, elə də etsinlər”.

Qeyd edək ki, Milli Şura bu gün icazəsiz mitinq keçirəcək.


Oxunma sayı: 5567

Oxşar yazılar