“Ərdoğan geri addım atmayınca...” – Ərdoğan-Pens görüşünün pərdəarxası detalları ortaya çıxdı

  • 12:41 - 19 Oktyabr

Türkiyə prezidenti Ərdoğan və ABŞ vitse-prezidenti Maayk Pensin “Barış Pınarı” əməliyyatına 120 saat fasilə verməsi, YPG-nin regiondan çıxması və Türkiyənin təhlükəsizlik zonası planlarını həyata keçirməsini ehtiva edən anlaşmanın əldə olunduğu görüşün detalları ortaya çıxıb.

Avropa.info xəbər verir ki, görüşün detallarını danışan türk rəsmisi 4 saatlıq görüşün əsas mövzusunun əməliyyatın fasilə müddətinin müəyyən edilməsi məsələsi olduğunu deyib.

“Reuters”ə müsahibə verən türk rəsmi Türkiyənin əməliyyatı dayandırmasının Ərdoğanın Vaşinqtondan bəlli zaman limiti müəyyən etməsini tələb etməsinə bağlı olduğunu deyib. 

“Pensin Türkiyədə keçirəcəyi danışıqlarına asan olmayacağı bəlli idi” deyən rəsmi danışıqlar əsnasında bir çox məsələdə fikir ayrılığının olduğunu deyib. Əsas məsələ isə Türkiyənin “ucu açıq” atəşkəsi qəbul etməmək məsələsində qətiyyət göstərməsi olub.

“Danışıqların “tamam ya da davam nöqtəsi” Ərdoğanın əməliyyatların dayandırılmasını istəyirlərsə zaman çərçivəsi müəyyən etmələrini tələb etməsi idi” deyən türk rəsmi Ərdoğanın təklifinin 24, ya da 48 saat olduğunu deyib. Pens Ərdoğana bu müddətin çox qısa olduğunu və bu qərarı təkbaşına verə bilməyəcəyini deyib.

Ərdoğanın geri addım atmayınca məsələ uzun danışıqlara keçdi. 120 saatlıq müddətin müəyyən olunmasından sonra geri qalan məsələlərdə daha sürətli irəliləyiş qeydə alınıb.

Yüksəkvəzifəli ABŞ rəsmisi “Reuters”ə müsahibəsində “Görüşün bir məqamında Ərdoğan YPG-nin geri çəkilməsinin nə qədər davam edəcəyini soruşub və biz (ABŞ heyəti) bunun türklərin razılaşmaya açıq olması məsələsində ümid işığı kimi gördük”

“Reuters”ə müsahibə verən türk rəsmi Ərdoğan və Pens danışıqlarının gərgin başladığını, lakin danışmağa başladıqdan sonra Pensin Ərdoğana Trampın onu “bəyəndiyini, hörmət etdiyini və dəyər verdiyini” deməsi ilə danışıqlar mühitinin yumşaldığını dedi.

Danışıqların bir məqamında türk rəsmilər əməliyyatın ilk həftəsində verilən şəhidlərdən bəhs edərkən, Pens də onlara ABŞ heyətində də veteranların olduğunu və öz oğlunun da hərbçi olduğunu xatırladıb. Digər amerikalı rəsmi də əməliyyatda həyatını itirənlər və ailələri üçün başsağlığı diləyib. Amerikalı rəsmiyə görə, bu jest qarşısında danışıqlarda iştirak edən bir türk general duyğulanıb.

“Reuters”ə müsahibə verən digər türk rəsmi “İş Trampa qalsaydı, Ərdoğan və Tramp daha əvvəl razılığa gələ bilərdi. Amma Pensin də böyük töhfəsi oldu” deyib.

Anadolu Agentliyinə danışan amerikalı rəsmi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ““Barış Pınarı” əməliyyatına fasilə verəcəyik, bu bir atəşkəs deyil” açqılamasını şərh edib. Amerikalı rəsmi bu sözləri türkcə və ingiliscədəki məna fərqliliklərinə bağlayıb.


Oxunma sayı: 6887

Oxşar yazılar