Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

  • 12:25 - 19 Oktyabr

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

Onun sözlərinə görə, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız kömək edib:

"Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir".

Səfir bildirib ki, Çin bu ilin iyununadək Azərbaycana 800 milyon dollardan çox investisiya yerləşdirib. Bu vəsait neft və təbii qaz hasilatı sahəsinə yönəlib.

Səfir onu da əlavə edib ki, gələn ay Azərbaycan tərəfi Şanxayda keçiriləcək 2-ci "China International Import Expo" beynəlxalq sərgisinə 100 nəfərdən çox nümayəndə heyəti göndərəcək.


Oxunma sayı: 4093

Oxşar yazılar