Türkiyədə yük qatarı relsdən çıxdı

  • 12:23 - 19 Oktyabr

Türkiyənin qərbindəki İzmir vilayətində yük qatarı relsdən çıxıb.

Avropa.info xəbər verir ki, qəzaya səbəb yağışdan sonra relsin altındakı qruntun çökməsi olub.

Hadisə nəticəsində yeddi vaqon relsdən çıxıb.

Xəsarət alanların olmadığı və qatarların hərəkət cədvəlində ləngimələrin yaranmadığı deyilir.


Oxunma sayı: 3488

Oxşar yazılar