Türk ordusunu görən kimi tələsik qaçan ABŞ hərbi bazasından son görüntülər - FOTO

  • 11:46 - 19 Oktyabr

Rusiya telekanallarının jurnalistləri ilk dəfə Suriyanın Hələb vilayətində yerləşən tərk edilmiş amerikan bazasında olublar.

Avropa.info xəbər verir ki, baza Mənbic şəhəri yaxınlığındakı Ümm-Mial yaşayış məntəqəsində yerləşir. Jurnalistləri Rusiya hərbi polisi və Suriya ordusunun xüsusi təyinatlıları müşayiət edib. 

Mənbicdən şimalda yerləşən Dadat bazası kimi bu baza 2017-ci ildə ABŞ bu torpaqları YPG-nin köməyi ilə bu əraziləri İŞİD-dən alanda yaradılıb, Suriyanın şimal rayonlarına patrul nəzarəti üçün fəaliyyət göstərib. 

Bir neçə gün əvvəl Suriya ordusunun daxil olduğu bazada   yerləşən amerikalı hərbçilər ön cəbhələrdə uçan döyüş təyyarələrinin fəaliyyətini koordinasiya edirlərmiş. 

Suriyanın şimalında “Barış Pınarı” əməliyyatı başlayanda Türkiyə qoşunlarının Mənbicə yaxınlaşmasını görən amerikalılar təcili bazanı tərk ediblər. Onlar ancaq silah və aparaturanı götürə biliblər.

Baza metal karkas üzərində qurulmuş çadırlardan qurulub. Hər çadırda 15 nəfər yerləşə bilir. Nəzarət qülləsi mövcuddur. Tibbi ləvazimatlar anbarı da var. Hamısı işlək vəziyyətdədir.


Oxunma sayı: 6172

Oxşar yazılar