Paşinyanın saytında İlham Əliyev göründü – “Qarabağ-Azərbaycandır, nida işarəsi!” (Foto)

  • 19 Okt - 2019

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi internet saytı bu gün azərbaycanlı hakerlər tərəfindən “sındırılıb”. Saytda Azərbaycan prezidentinin “Valday” forumundakı çıxışının mətn və video versiyası yerləşdirilib. “Qarabağ-Azərbaycandır, nida işarəsi!”, -Paşinyanın səhifəsində, press-relizlər bölməsində həmin mətn bu başlıqla təqdim olunub.

Bir müddət sonra səhifəyə müdaxilə aradan qaldırılıb və mətn götürülüb. Bununla belə informasiya bir neçə saat ərzində Paşinyanın saytında qalıb.

Erməni kibertəhlükəsizlik ekspertləri haker müdaxiləsini “Anti-armenia team” adlı haker komandasının həyata keçirdiyini deyirlər. “Onlar Ermənistan üzrə ixtisaslaşıblar, erməni saytlarına hücumlarla aktiv məşğuldurlar”,-informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan deyib.

Sayta müdaxilə ilə bağlı araşdırma aparıldığı bildirilir. Rəsmilərdən bu məsələni şərh edən olmayıb. Xatırladaq ki, prezident İlham Əliyev Paşinyanın Xankəndində avqustun əvvəllərində dediyi “Qarabağ-Ermənistandır, nöqtə” sözlərinə bu günlərdə Soçidəki “Valday” forumunda cavab verib.

Virtualaz.org


Oxunma sayı: 1761

Oxşar yazılar