Gürcüstandan Rusiyaya istiqamətində yeganə avtomobil yolu müvəqqəti bağlanacaq

  • 23:10 - 18 Oktyabr

Gürcüstandan Rusiyaya istiqamətində yeganə magistralda avtomobillərin hərəkətinə məhdudiyyətlər oyulacaq.
Bu barədə Gürcüstan Regional İnkişaf və Struktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, oktyabrın 19-u və 20-də səhər saat 8:00-dan axşam 18:00-dək yolda bütün avtomobillərin hərəkəti qadağan ediləcək. Axşam və gecə saatlarında yol açıq olacaq.
Yolun bağlanması avtomobil magistralında yerləşən Devdorak tunelində aparılacaq təmir və avadanlığa texniki baxışla əlaqədardır. Tunel bağlı olduğu zaman Gürcüstan, Azərbaycan, Ukrayna, Rusiya, Ermənistan, İran, Türkiyə və digər ölkələrdən gələn yük və minik avtomobilləri tuneldən yan keçməklə başqa yolla hərəkət edəcəklər. Bunun üçün Dövlət Yol Polisi əməkdaşları avtomobillərə bələdçilik edəcək.
Məlumat üçün qeyd edək ki, Devdorak tuneli Mtsxeta-Stepantsminda-Lars yolunun 132-135-ci kilometrliyində yerləşir. Tunelin tikintisi 2018-ci ilin sentyabrında başa çatdırılıb. Uzunluğu 2 kilometr olan tuneldə yolun eni 8,5 metrdir.
Daryal və Devdorak dərələrində, Gürcüstan-Rusiya sərhədində yerləşən bu hissə Mtsxeta-Stepandsminda-Lars magistralının ən təhlükəli sahəsi hesab olunur.


Oxunma sayı: 4203

Oxşar yazılar