Avropa Parlamenti “Brexit”ə dair gələn həftə səs verəcək

  • 22:18 - 18 Oktyabr

Avropa Parlamentində “Brexit”lə bağlı səsvermə gələn həftənin əvvəlində keçiriləcək.

Bu barədə Avropa İttifaqı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Fransa prezidenti Emanuel Makron bildirib.

“Şənbə günü Böyük Britaniya parlamentində, bazar ertəsi günü isə Avropa Parlamentində səsvermə gözlənilir”, - deyən Fransa prezidenti daha əvvəl son tarix olaraq müəyyənləşdirilən oktyabrın 31-dək “Brexit” məsələsinin həll olunacağına inandığını ifadə edib.

 

 

 

report


Oxunma sayı: 4159

Oxşar yazılar