Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib"

  • 18 Okt - 2019

“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.

Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, - deyə Ərdoğan qeyd edib.

O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.

 

 

apa


Oxunma sayı: 1552

Oxşar yazılar