Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır

  • 20:22 - 18 Oktyabr

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin ehtiyat fondunun 110 milyon manat olması nəzərdə tutulub.

“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2019-cu illə müqayisədə 10% çoxdur.

Gələn il ölkə prezidentinin ehtiyat fondunun isə builki qədər – 300 milyon manat olması planlaşdırılır. 


Oxunma sayı: 6326

Oxşar yazılar