Təxirə salınan “El-Klasiko”nun vaxtı müəyyənləşib

  • 18 Okt - 2019

İspaniya La Liqasının X turunun təxirə salınan “Barselona” – “Real” oyununun keçirilmə tarixi müəyyənləşib.

Klublar “El-Klassiko”nun keçirilmə vaxtını öz aralarında razılaşdırıblar.

“Nou Kamp”dakı görüş dekabrın 18-də baş tutacaq. Oyun təqvimə əsasən oktyabrın 26-na planlaşdırılmışdı.

Qeyd edək ki, təxirəsalmaya Kataloniyadakı gərginlik səbəb olub.

 

 

apa


Oxunma sayı: 1090

Oxşar yazılar