Gələn il yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiya ödənişi üçün 67,8 mln. manat ayrılıb

  • 19:28 - 18 Oktyabr

Gələn ilin dövlət büdcəsi layihəsində  yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiyanın ödənilməsi üçün ayrılan vəsaitin həcmi artırılır.

Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində 67,8 mln. manat vəsait nəzərdə tutulub.


Oxunma sayı: 5842

Oxşar yazılar