Gələn il mədəniyyət və idman sahəsinə ayrılan vəsait açıqlanıb

  • 18:52 - 18 Oktyabr

2020-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün 439,2 milyon manat ayrılacaq.

Bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu da 2019-cu illə müqayisədə 99,6 milyon manat və ya 29,3 faiz çoxdur. Bu il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə 339 milyon 700 min manat proqnozlaşdırılıb.


Oxunma sayı: 5787

Oxşar yazılar