"Unutmadıq. Vaxtı gələndə Trampın cavabını verəcəyik" - ABŞ-la müqavilə sonrası Ərdoğandan vacib açıqlamalar

  • 17:58 - 18 Oktyabr

Türkiyə prezidenti Ərdoğan xarici mətbuat nümayəndələri ilə keçirdiyi  mətbuat konfransında vacib açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Ərdoğan Trampın məktub ilə bağlı bunları deyib:

“Trampın siyasi nəzakətlə uzlaşmayan məktubunu əlbəttə ki, unutmadıq. Amma qarşılıqlı sevgi və hörmətimiz üzündən bunları gündəmdə tutmamağımız lazımdır. Vaxtı gələndə bu məsələ ilə bağlı lazım olanların ediləcəyini də bilməyinizi istəyirəm”.

Türkiyə prezidentinin mətbuata açıqlamalarından vacib hissələr:

“Suriyadakı İŞİD ünsürləri ilə ən effektiv mübarizəni Türkiyə apardı”.

“Amerika Türkiyə yerinə PKK/PYD ilə bu işi aparmağı tərcih etdi. İŞİD təmizləndi, amma YPG sərhədlərimiz boyunca təhlükəyə çevrildi”.

“ABŞ-a bütün etirazlarımıza baxmayaraq, bu məsələdə gözlədiyimiz addımlar atılmadı. Bizə də öz göbəyimizi kəsməkdən başqa çarə qalmadı. Öz başımızın çarəsinə qalmağa məcbur qaldıq”.

“Müttəfiqlərimizə etdiyimiz bütün xəbərdarlıqlara rəğmən YPG məsələsində gözlədiyimiz addımlar atılmadı. Daha əvvəl terrordan təmizlədiyimiz ümumilikdə 4 min kvadrat kilometr əraziyə 365 min qaçqının qayıtmasını təmin etmişdik”.

“Təhlükəsizlik zonasına 2 milyon nəfərin qayıtmasını gözləyirik”.

““Barış Pınarı” əməliyyatının iki əsas məqsədi var. Birincisi YPG-ni sərhəddən uzaqlaşdırmaqdır. İkincisi isə qaçqınların geri qayıtmasıdır”.

“Rejimin nəzarətindəki yerlərdə olduğu kimi YPG-nin işğal etdiyi yerlərə suriyalılar başda olmaqla kimsə qayıtmaq istəmirdi. “Barış Pınarı” əməliyyatı müvəqqəti formasiya deyil. Bir-iki günlük əməliyyat da deyil. “Barış Pınarı” əməliyyatının hazırlığı 3-4 il çəkib”.

“Əməliyyatdan əvvəl bir gecə əvvəl Trampa telefonda əməliyyata başlayacağımızı dedim. İlk bir-iki gün Türkiyənin belə bir uğur göstərəcəyini düşünmədikləri üçün zəif formada etiraz etdilər. Qısa müddətdə 30 km dərinliyə çatınca ABŞ və bəzi ölkələrin münasibəti dəyişdi”.

“Türkiyə Cümhuriyyəti NATO dövlətidir. Ancaq bu terror təşkilatları nə vaxt NATO-ya üzv oldu, doğrusu mən bunu bilmirəm. Türkiyə əvvəldən bəri Suriyanın ərazi bütövlüyünə hörmət etdi”.

“Bu əməliyyatla İŞİD-in yenidən canlanacağı iddiası terror təşkilatının yalanlarından ibarətdir”.

“Amerika 120 saat, yəni 5 gün ərzində terrorçuların elan etdiyimiz təhlükəsizlik zona sərhədlərinin xaricinə çıxmasını təmin edəcək. Bu üzdən “Barış Pınarı” əməliyyatına 5 gün ara verdik. Bu arada TSQ regiondan çıxmayacaq. Çünki oradakı təhlükəsizliyin əsası bunu gərəkdirir. Bu işlər başa çatdıqdan sonra təhlükəsizlik zonasının TSQ-ə verilməsi ilə “Barış Pınarı” əməliyyatı başa çatacaq”.

“Dünən axşam ABŞ ilə əldə etdiyi razılaşmanın qısa tərifi bu formadadır. 120 saatlıq müddətin başa çatdığı çərşənbə axşamına qədər bizə verdiyi sözləri tuta bilərsə, təhlükəsizlik məsələsi həll olunmuş olacaq. Amma bu sözlər yerinə yetirilməzsə, 120 saatın başa çatdığı dəqiqə “Barış Pınarı” əməliyyatı çox daha qətiyyətli formada davam edəcək”.

“Çərşənbə axşamı Soçidə cənab Putinlə bu məsələnin Rusiyanı və rejimi maraqlandıran hissələrini də müzakirə edəcəyik”.


Oxunma sayı: 4698

Oxşar yazılar