Zavodlar bağlanır: Azərbaycanda siqaret qıtlığı yarana bilər

  • 16:54 - 18 Oktyabr

Ukraynada fəaliyyət göstərən “British American Tobacco” zavodu fəaliyyətini dayandırıb.

Avropa.info lent.az -a istinadən verdiyi məlumata görə, artıq zavodun 25 milyon aksiz markası geri qaytarılıb.

Bildirilir ki, sözügedən zavod “Kent” , “Rothmans”, “Pall Mall”, “Vogue”, “Dunhill”, “Lucky Strike”, “Capri” və digər markalı siqaretlərin istehsalçısıdır. Post-sovet məkanında Azərbaycan da bu siqaretlərin ən böyük istehlakçılarından biridir. Zavodun bağlanması isə Azərbaycanda da siqaret qıtlığına gətirib çıxara bilər.

Ukrayna Tütün Asossasiyasından verilən məlumata görə, 2020-ci ilin yanvarından bu ölkədə fəaliyyət göstərən “Philip Morris”, “British American Tobacco”, “Japan Tobacco”

“International” və” İmperial Tobacco” da öz fabriklərinin fəaliyyətini dayandıracaq. Azərbaycan elə bu zavodların məhsullarının da böyük istehlakçısıdır.


Oxunma sayı: 5105

Oxşar yazılar