Türkiyə-ABŞ müqaviləsi dünya mətbuatında: Türklər böyük zəfər qazandı!

  • 16:30 - 18 Oktyabr

ABŞ vitse-prezidenti Mayk Pensin Ankaraya gəlməsi ilə baş tutan danışıqlar nəticəsində Türkiyə və ABŞ arasında razılaşma əldə olundu.

Avropa.info xəbər verir ki, Türkiyə YPG-nin bölgədən çıxarılması, ağır silahların yığılması, anbar və blokpostlarının yararsız hala salınması, təhlükəsizlik zonasının formalaşdırılması, 32 km dərinliyin müəyyən edilməsi, sanksiyaların götürülməsi kimi tələbləri ABŞ-a qəbul etdirdi.

Xarici mətbuatda əks-səda yaradan razılaşma Türkiyənin zəfəri kimi şərh edilib.

“The New York Times”: 

“Bağlanan müqavilə ilə birgə Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyat dayandırıldı. Müqavilədə istənilən şeylərin çoxunu verən Trampın bu ölkəyə sanksiyalarının qarşısı alındı. Bu müqavilə Türkiyə üçün Ərdoğanın Trampa qarşı zəfəridir.

Türkiyə ABŞ-ın lap başdan dəstəklədiyi Suriyadakı kürd döyüşçüləri sərhəd zonasından uzaqlaşdırmağa çalışdı. 

2012-ci ildən bəri kürd qüvvələri (YPG) Suriya rejiminin nəzarəti xaricində Türkiyə sərhədində bir bölgə yaratmaq üçün vətəndaş müharibəsi qarışıqlığından istifadə etdilər. Müqavilə kürd qüvvələrinin döyüşmədən regionu tərk etməsini təmin etdi və Türkiyə nəzarətində olan təhlükəsizlik zonasını formalaşdırmaqla yanaşı iqtisadi sanksiyalar təhlükəsini də aradan qaldırır”.

“Washington Post”:

“Trampın Ərdoğana böyük hədiyyəsi başlıqlı xəbərdə “Türkiyə illər boyu Suriya münaqişəsini daxilindən ABŞ-dan Rusiyaya və İrana qədər regiona uzaq güclərin etdiklərini xəyal qırıqlığı ilə izlədi. 

Türkiyə daxilindəki qanundankənar separatçı qrupun qolu olan kürd dəstələrinə neçə illərdir verilən dəstəyin başa çatmasını istədi. Vəziyyət Trampla dəyişdi. Ərdoğanın istədiyi hər şey həyata keçdi.

Ağ Evə yaxın rəsmilər Trampın bu mövqeyini dünyadakı güclü insanlarla qurmaq istədiyi yaxın münasibətdən və türk lider ilə arasındakı yaxın münasibətlərdən qaynaqlandığını deyirlər”.

BBC News:

“Türkiyə şimali Suriyadakı kürd qüvvələrinin (YPG) çəkilməsinə icazə vermək üçün atəşkəsi qəbul etdi. ABŞ vitse-prezidenti Mayk Pens kürd qüvvələrinin Türkiyə sərhədində təhlükəsizlik zonası kimi tərif etdiyi bölgədən çıxa bilməsi üçün atəşkəs elan edildiyini dedi. Ancaq YPG-nin bu qərara əməl edib-etməyəcəyi məlum deyil. Pens digər ərazilərin aqibətini müzakirə etmədik” dedi.

RT: “Türklər atəşkəs deməyi rədd etdilər”

“Türkiyə şiamli Suriyadakı kürd dəstələrinə qarşı apardığı əməliyyatları müvəqqəti şəkildə dayandırmaq məsələsində ABŞ ilə anlaşdığını təsdiqlədi. Ancaq türk rəsmilər əməliyyata davam edəcəklərini qeyd edərək, “atəşkəs” deməyi rədd etdilər. Çavuşoğlu mövcud vəziyyətə atəşkəs deməyi rədd edərək bunun sadəcə iki legitim tərəf arasında ola biləcəyini bildirdi.

ABŞ ilə əldə olunan razılaşma çərçivəsində təhlükəsizlik zonasının nəzarəti Türkiyə qüvvələri tərəfindən təmin olunacaq. Müqavilə YPG-nin regiondan çıxarılması, ağır silahların yığılması və silahlı mövqelərinin məhvini ehtiva edir.

Çavuşoğlu Türkiyənin ABŞ-a Kobani kimi şəhərlərin aqibəti ilə bağlı hər hansı təminat vermədiyini açıq şəkildə qeyd etdi”.

“Guardian”:

“Ərdoğan və Pens həmfikir” başlıqlı xəbərdə “Mayk Pens Ankarada Türkiyə prezidenti ilə müqavilə bağladı. Müqavilə Türkiyənin strateji hədəflərini qəbul etdirdiyini göstərir”.

“Foreign Policy”:

“ABŞ vitse-prezidenti Pens gərginliyi azaltdı, lakin bu kürdlər üçün pis razılaşma oldu. Mövcud müqavilə Türkiyə üçün həqiqətən böyük qələbədir. Pens regiondakı kürd silahlılarının uzaqlaşdırılmasından sonra Türkiyənin davamlı atəşkəs elan edəcəyini açıqladı.

ABŞ hakimiyyətindəki bir vəzifəli şəxs təhlükəsizlik zonasında ABŞ ordusunun olmayacağını, amerikalıların regiondan çəkilməyə davam edəcəyini açıqlayıb”.

FOX NEWS:

“ABŞ vitse-prezidenti Mayk Pens atəşkəslə yanaşı Türkiyə və ABŞ-ın regiondakı İŞİD fəaliyyətlərini aradan qaldırmaq məsələsində anlaşdıqlarını açıqladı. ABŞ prezidenti Donald Tramp isə bunu “Sivilizasiya üçün əla gün” sözləri ilə qeyd etdi”.

“Spiegel”:

Almaniyanın “Der Spiegel” nəşri, Yunanıstanın “Kathimerini”, Fransanın “France 24” kimi xarici mətbuat orqanları da Türkiyə və ABŞ arasındakı razılaşmanı “Ankaranın zəfəri, Ərdoğan uddu” başlıqları ilə veriblər.

1man “Spiegel Online”nın Türkiyə və ABŞ heyəti arasında əldə olunan razılaşmasını “ABŞ Ərdoğanın istədiklərini verir” başlığı ilə təqdim etdi:

“Spiegel Online”da gedən xəbərdə “Razılaşma Ərdoğanın işinə yarıyır. Burada itirənlər isə Donald Tramp və YPG” ifadələri işlədilir.

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Bu atəşkəs deyil” açıqlamasının getdiyi xəbərdə deyilir:

“Türkiyə YPG-nin şimali Suriyadan çıxarılması istiqamətində müəyyən etdiyi hədəfə çatdı. ABŞ prezidenti Donald Tramp özünün yandırdığı alovu söndürməklə fəxr edə bilər. Ancaq uzun müddətdə Vaşinqton üçün bunun əvəzi çox daha böyük olacaq. ABŞ Suriyada vacib dərəcədə nüfuz itirdi, eyni zamanda beynəlxalq statusu və təsiri də azaldı. Hansı tərəfdaş onlara hələ də güvənir? Uduzanların başında əlbəttə ki, regiondakı YPG gəlir”.

Xəbərdə Vaşinqtonun sanksiya hədələrinə baxmayaraq prezident Ərdoğanın geriyə addım atmadığı da qeyd olundu.


Oxunma sayı: 14180

Oxşar yazılar