"Terror təşkilatı bizim müəyyən etdiyimiz Güvənli Bölgədən çəkilməyə başlayıb" - Ərdoğan Türkiyə-ABŞ anlaşması haqda

  • 15:19 - 18 Oktyabr

"Dünən sanki işin final görüşlərini keçirdik. Öncə, ABŞ vitse-prezidenti Pens ilə mən görüşdüm,  daha sonra heyətlər arası görüş keçirdik. Müəyyən etdiyimiz  13 maddəni dünya ictimaiyyətinə bəyan etdik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan, Türkiyə ilə ABŞ arasında imzalanan və PKK/YPG terror təşkilatının Suriyanın şimalından çəkilməsini nəzərdə tutan anlaşma haqqında danışıb.
 
"120 saatlıq bir proses işləyir. Bu proses içərisində terror təşkilatının Güvənli Bölgəni tərk etməsi söz mövzusudur. Mən Putinlə keçiriləcək görüşü də bu prosesin tərkib hissəsi olaraq görürəm. Səhər müdafiə nazirimizlə görüşdüm, terror təşkilatının bölgədən çəkilməyə başladığını bildirir. Bizim oradakı təhlükəsizlik qüvvələrimiz ərazini tərk etməyəcək, orada qalmağa davam edəcəyik. Terror təşkilatının bölgəni tərk edib etməyəcəyini görəcəyik" - Ərdoğan belə deyib. 

Avropa.info
 


Oxunma sayı: 6029

Oxşar yazılar