"Qalib gələn Ərdoğan, məğlublar isə Trampla YPG-dir" - Alman mediası Türkiyə-ABŞ anlaşmasını belə görür

  • 13:38 - 18 Oktyabr

Almaniyanın  "Spiegel Online" nəşri Türkiyə ilə ABŞ arasında, PKK/YPG-nin 120 saat ərzində Suriyanın şimalından çəkilməsini əks etdirən anlaşma haqqında məqalə dərc edib.

Avropa.info xəbər verir ki, "ABŞ Ərdoğanın istədiklərini verir" başlıqlı yazıda, anlaşmada qalib tərəfin Türkiyə olduğu bildirilir.  
 
""Razılaşma, Rəcəb Tayyib Ərdoğanın işinə yarayır. Buradakı itirənlər isə Donald Tramp və YPG-dir. Türkiyə, YPG-nin Suriyanın şimalından çıxarılması istiqamətində müəyyən etdiyi hədəfinə çatdı. ABŞ prezidenti Donald Tramp özü səbəb olduğu bir alovu söndürməklə övünə bilər. Ancaq uzun perspektivdə bunun Vaşinqton üçün bədəl daha böyük olacaq. 
 
ABŞ Suriyada əhəmiyyətli dərəcədə hakimiyyətini itirdi, eyni zamanda Vaşinqtonun beynəlxalq statusu və təsiri də azalıb. Hansı ortaq hələ də ABŞ-a güvənir? İtirənlərin başında əlbəttə ki, YPG gəlir"- Nəşrin yazısında belə deyilir.
 
Məqalədə, Vaşinqtondan gələn sanksiya hədələrinə baxmayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın geri addım atmadığına da diqqət çəkilib.

Avropa.info


Oxunma sayı: 7404

Oxşar yazılar