"Qardaş ölkələr bu mübarizədə birlik göstərdiyini nümayiş etdirir" – Deputat

  • 12:51 - 18 Oktyabr

“Türk Şurasının 10 illiyi Türk dünyasının aparıcı dövlətlərindən olan Türkiyənin dünyada terrorozmə qarşı mübarizə apardığı günlərə təsadif etdi və bununla da Şura dünyaya bəyan edir ki, biz insanlığa, humanizmə, ədalətə qarşı çıxanlara açıq mübarizədən çəkinmirik. Qardaş ölkələr bu mübarizədə birlik göstərdiyini nümayiş etdirir”.

Bunu Avropa.info-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Türk Şurasının 10 il əvvəl Azərbaycanda təməlinin qoyulması və ötən müddət ərzində qazanılan nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə böyük söz sahibi olduğunun və türkdilli dövlətlərin birliyinin yaranmasında müstəsna xidmətlər göstərdiyinin əyani təsdiqidir. “Çünki Azərbaycan dünya birliyində tək bir ölkə deyil, respublikaların birliyi formasında da tanınmasına çalışır”- o qeyd edib.

O əlavə edib ki, Macarıstanın Türk Şurasında müşahidəçi status alması və gözlənilən üzvlüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Asiya qitəsi ilə məhdudlaşmadığını, artıq Avropa sərhədlərinədək genişləndiyini göstərir: “ Avropa parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına Macarıstanın imkan verməməsi Şuranın təsir gücünü artırmaqla rolunu genişləndirir. Uzun illər bu birlikdən kənarda dayanan Özbəkistanın Prezident Şavkat Mirziyoyev səviyyəsində böyük bir nümayəndə heyəti ilə iştirakı və Türk Şurasına üzvlüyə qəbulu və Koreya Respublikasının birliyə yüksək münasibəti onun durmadan artan nüfuzunun real göstəricisidir. 

Türk Şurası eyniadlı ölkələrin birliyini nümayiş etdirməklə dünyada əmin-amanlığa və inkişafa öz töhfəsini verməyə çalışır. Çünki bu birliyin məqsədi sözdə olduğu kimi əməldə və inkişafda da özünü təsdiqləyir”. 

A.Hüseynov onu da bildirib ki, Türk Şurasının Naxçıvanda yaradılması, üzv olan ölkələrin bu birlikdən yetərli səviyyədə faydalanması Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasətindən Türk xalqlarının da bəhrələndiyini təsdiqləyir:

“Türk Şurası üzvlərinin möhkəm birliyi, vahid məqsəd uğrunda çalışması, dünyada hələ də cərəyan edən fazişmə qarşı mübarizəsi və əhatə dairəsinin durmadan genişlənməsi onun yaxın gələcəkdə beynəlxalq təşkilarlar səviyyəsidə nüfuzlu bir təşkilat kimi tanınmasına səbəb olacaq”.


Oxunma sayı: 5831

Oxşar yazılar