Suriyada 120 saatlıq fasilə elan olundu - Türkiyə ilə ABŞ arasındakı 13 maddəlik razılaşma (SƏNƏD)

  • 12:46 - 18 Oktyabr

Türkiyə və ABŞ şimal-şərqi Suriya ilə bağlı razılığa gəldilər. 

Avropa.info xəbər verir ki, tərəflərin birgə bəyanatında “ABŞ Türkiyənin cənub sərhədinin təhlükəsizliyi ilə bağlı qanuni narahatlıqlarını anlayır”, YPG-nin 120 saat ərzində geri çəkiləcəyi qeyd olunur.

Türkiyə və ABŞ-ın birgə bəyanatında deyilir:

1.Türkiyə və ABŞ iki yaxın NATO üzvü kimi bu münasibətləri təsdiq edir. ABŞ Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı qanuni narahatlıqlarını anlayır.

2.Türkiyə və ABŞ şimal-şərqi Suriya başda olmaqla, regiondakı proseslərin ümumi maraqlar çərçivəsində daha sıx koordinasiya əsasında razılaşdırılmasını qəbul edir.

3.Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışı ilə NATO torpaqlarını və xalqlarını bütün təhlükələrə qarşı qorumaqla bağlı öhdəliklərinə sadiqdir.

4.Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik icmaların qorunmasına dair öhdəliklərini təsdiqləyir.

5.Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davamiyyətində qərarlıdır. Bu əvvəlcədən İŞİD nəzarətində olan ərazilərdən çıxarılmış və saxlama mərkəzlərində olan şəxslərin hərəkəti ilə bağlı koordinasiya fəaliyyətini də ehtiva edir.

6.Türkiyə və ABŞ terrorla mübarizə əməliyyatlarını yalnız terrorçu ünsürlərlə, bu ünsürlərə məxsus sığınacaq, blokpost, silah, texniki vasitələrinin hədəf alınması ilə bağlı birgə qərar verilməsini razılaşdırır. 

7.Türkiyə tərəfi Türkiyə qüvvələrinin nəzarətində olan təhlükəsizlik zonasında yerləşən bütün mahal sakinlərinin toxunulmazlığı və təhlükəsizliyini təmin edəcəyinə dair öhdəlik götürür, mülki əhali və mülki infrastruktura ziyan dəyməməsi üçün maksimum səy göstərəcəyini vurğulayır.

8.Hər iki ölkə Suriyanın siyasi vahidliyi və ərazi bütövlüyünə və BMT rəhbərliyində Suriya münaqişəsini başa çatdırmağı nəzərdə tutan 2254 saylı qətnaməsinə müvafiq formada siyasi proseslərə olan sədaqətini təsdiqləyirlər.

9.Hər iki tərəf YPG-nin ağır silahlarının yığılması və YPG-nin döyüş mövqelərinin yararsız hala gətirilməsi daxil, Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlıqlarının təmin olunmasını ehtiva edən təhlükəsizlik zonasının yaradılması  və funksionallığını təmin edilməsi ilə bağlı razılaşır. 

10.Təhülkəsizlik zonası Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsizlik zonasının yaradılması ilə bağlı koordinasiyalı şəkildə fəaliyyətlərini artıracaqlar.

11.Türkiyə tərəfi “Barış Pınarı” əməliyyatına, YPG-nin təhlükəsizlik zonasından 120 saat ərzində geri çəkilməsinə təminat olaraq fasilə verəcək. “Barış Pınarı” əməliyyatı geri çəkilmə baş çatdıqdan sonra dayandırılacaq.

12.“Barış Pınarı” əməliyyatına fasilə verildikdə ABŞ “Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” adlı 14 oktyabr 2019-cu ul tarixdə qəbul olunmuş prezident sərəncamına uyğun həyata keçirilən sanksiyalara əlavə etməməyi və Konqres nəzdində müvafiq iş və müzakirələr apararaq BMT TŞ-nin 2254 saylı qətnaməsi istiqamətində Suriyada sülh və təhlükəsizliyin təmininə dair qeyd edilən irəliləməni təsdiq etməyi razılaşdırır. 

“Barış Pınarı” əməliyyatı 11-ci paraqrafa uyğun dayandırıldıqda yuxarıda qeyd olunan prezident sərəncamına müvafiq olaraq həyata keçirilən bütün mövcud sanksiyalar götürüləcək.

13. Hər iki tərəf bu bəyanatda göstərilən bütün məqsədlərə çatmaq üçün birlikdə çalışmaqla bağlı öhdəlik götürürlər.


Oxunma sayı: 5336

Oxşar yazılar