Bakıda yeni doğulan körpə küçəyə atıldı

  • 18 Okt - 2019

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb. 

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. Körpə tapılandan sonra xəstəxanaya aparılıb. 

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil. 


Oxunma sayı: 584

Oxşar yazılar