"Ərdoğanın iradəli liderliyi sayəsində istədiklərimizi aldıq" - Cavuşoğlu Türkiyə - ABŞ anlaşması haqda

  • 22:37 - 17 Oktyabr

"ABŞ-la bu gün keçirdiyimiz müzakirələrdə cənab prezidentimiz Ərdoğanın iradəli liderliyi nəticəsində istədiklərimizi aldıq."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-la Türkiyə arasında əldə olunan razılığa münasibət bildirərkən deyib. Cavuşoğlu, Türkiyə ilə ABŞ arasında əldə olunan və PKK/YPG-nin 120 saat müddətində Güvənli Bölgədən çıxmasını nəzərdə tutan uzalaşmanın detallarından danışıb.
 
 "120 saat müddətində "Barış Pınarı" əməliyyatına ara veriləcək, bu bir atəşkəs deyil. ABŞ-la aramızda YPG-nin əlindəki ağır silahlarının toplaması, mövqelərinin məhv edilməsi məsələsində razılıq əldə olundu. Biz "Barış Pınarı" əməliyyatına 120 saatlıq ara verdik, ancaq və ancaq terrorçuların ərazidən çıxmasından sonra bu əməliyyatı dayandıracayıq.  32 kilometr uzunu, 444 kilometr eni olan bir ərazidə, yəni Fəratın şərqindən İraq sərhədinə kimi bir ərazidə Güvənli Bölgə təsis edəcəyik. Bizim ABŞ qarşısında Kobani və ya başqa öhədiliyimiz də yoxdur" - Cavuşoğlu belə deyib.


Oxunma sayı: 8669

Oxşar yazılar