Pakistanda atışma zamanı 14 nəfər həlak olub

  • 23:15 - 17 Oktyabr

Pakistanın Hayber-Pahtunxva əyalətində iki tayfa arasında baş verən atışma nəticəsində 14 nəfər öldürülüb.

Bu barədə Geo.tv telekanalı bildirib.

Məlumata görə, toqquşma Tank ərazisində, Marvat və Betani tayfaları arasında həll edilməmiş mübahisə üstündə olub. "Hadisə Mullazay kəndində olub. Atışma köhnə düşmənçilik nəticəsində baş verib", - deyə polisin regional bölməsinin nümayəndəsi Fəruz Şah bildirib.

Hazırda polis insidentlə bağlı araşdırma aparır, hadisəni iştirakçıları axtarılır.

 

 

report


Oxunma sayı: 4797

Oxşar yazılar