Mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

  • 17 Okt - 2019

Mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avropa.info-ya bildirilib ki, komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" və "Ford Focus" markalı avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 8 ədəd "Redmi Note 7", 1 ədəd "Redmi 7", 5 ədəd "Redmi Note 8", 2 ədəd "Mİ A3", 52 ədəd qidalandırıcı başlıq, 43 ədəd USB, 17 ədəd qulaqlıq və 48 ədəd mobil telefon üçün qutu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 452

Oxşar yazılar