Bu il 2144 əkiz, 54 üçəm doğulub

  • 19:27 - 17 Oktyabr

Bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91513 doğulan körpə qeydə alınıb.

Bu barədə Avropa.info-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.


Oxunma sayı: 7602

Oxşar yazılar