Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

  • 18:36 - 17 Oktyabr

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ilin sonuna qədər görüşmək barədə niyyətlərini təsdiqləyiblər. 

Avropa.info xəbər verir ki, bu, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərlərinin yekunlarına dair yaydıqları bəyanatda öz əksini tapıb.

Bildirilib ki, həmsədrlər tezliklə Vyanaya səfər edərək ATƏT-in Daimi Şurasını və onun üzvlərini səfər barədə məlumatlandıracaqlar. 


Oxunma sayı: 5160

Oxşar yazılar